Tövhid-İmam Əlinin (ə) dilindən

#tovhid

Əmirəlmöminin İmam Əli (ə) Allah haqqında buyurur: Həmd yalnız Allaha məxsusdur. Tərif edənlər Onu layiqincə tərifləməz, nemətlərini sayıb qurtarmaz, yorulmadan işləyənlər borcunu qaytara bilməz. Ən uca himmətlər Onu dərk edə bilmədikləri kimi idrak dənizinə baş vuranlar da Ona çatmaz. Onun sifətlərinin həddi hüdudu yoxdur. Onun vəsfi olmadığı kimi nə qısaldılmış vaxtı, nə də uzadılmış bir zamanı vardır. Məxluqatı qüdrəti ilə yaratmış, yer üzünü qayalarla bərkitmişdir (pərçimləmişdir). Dinin əvvəli Onu tanımaq, Onu tanımağın kamalı Onu təsdiq etmək, Onu təsdiq etməyin kamalı Onu tək bilmək, Onu tək bilməyin kamalı isə Onun qarşısında ixlaslı olmaqdır. Onun qarşısında ixlaslı olmağın kamalı Ondan nöqsan sifətləri ayrı dərk etməkdir. Çünki, hər sifət məvsufdan (sifət sahibindən), hər məvsuf da sifətdən ayrıdır. Yəni  (Belə ki,) Allahı vəsf edən Onu başqasına şərik etmiş, Onu şərik edən Onu ikiləşdirmiş, Onu ikiləşdirən Onu təcəzzi etmiş (cüzlərə ayırmış), Onu cüzlərə ayıran Onu tanımamış olur. Onu tanımayan Ona işarət etmiş olur ki, Ona işarət edən də Onu məhdudlaşdırmış, Onu məhdudlaşdıran Onu saymış olur. “Nəyin içindədir?” sualını verən Ona məkan istinad etdiyi kimi, “Nəyin üstündədir?” sualını verən də dünyanı Onsuz hesab edər. Allah sonradan olmadan vardır. Yoxluğu bilinmədən mövcuddur. Qarşılaşmadan hər şeyə bərabərdir. Ayrılmadan bir yerdədir. Davranış və alət olmadan hərəkətdədir. Görünmədən görəndir. Varkən ünsiyyət quracağı, yox ikən dəhşətə qapılacağı birisi olmadan təkdir. (Nəhcül-bəlağə, 1-ci xütbə)

Paylaş


Populyar

#i̇mamət
12-ci İmam Həzrəti Höccət Məhdi ibn Həsən Əskəri