Maarif (Mərifət) nədir və Allah bizi nə üçün yaradıb?

#tovhid

Əhli-Beyt Maarifi və ya Mərifətullah; Allahı, Əhli-Beyt (ə) və peyğəmbərlər (ə) nümunəsində tanımaqdır. Onların getdiyi yolu getmək və buyurduğu sözləri əsas tutmaqdır. Allah Onlarla tanınır. Əgər belə olmasaydı onda peyğəmbərlərin və canişinlərinin gəlişi mənasız olardı. İnsanlar Alahı tanımaq üçün Əhli-Beytə (ə) müraciət etməlidirlər. Bu Allahın Onlara (ə) olan böyük lütfüdür. Bu böyük lütf sayəsindədir ki, Rəbbimiz insanları Allaha ibadət etmək şərəfi üçün xəlq etmişdir.

Cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. (Zəriyət, 56)

Allaha ibadət etmək insanın yaradılış səbəbidir. Hər bir insanın birinci işi və funksiyası Allaha ibadət etməkdir. Allaha ibadət etmək üçün Onu tanımalı, Ona necə itaət və ibadət etməyi bilməliyik. Əks halda öz tərəfimizdən bir yol müəyyənləşdirsək Şeytanın yolunu gedərək azmışlardan olarıq. Necə ki, Şeytan uzun müddət ibadət etməsinə baxmayaraq yolu öz tərəfindən müəyyənləşdirdikdən sonra azdı və qovuldu. (Hicr 26-43 (Kəhf 50); İnsanın yaradılışı və Şeytanın qovulması hadisəsi geniş qeyd olunub)

İbadət nədir?

İmam Əli (ə) buyurub: Dinin əvvəli (Allaha ibadətin əsası) Onu tanımaqdır. Allahı tanımağın kamalı Onu təsdiqləyib və Ona tərəf yönəlməkdir. Onu təsdiqləməyin kamalı Tövhiddir. Tövhidin kamalı ixlasdır. İxlasın kamalı isə Ona əlavə olunmuş (naqis) sifətin təsəvvür edilməməsidir (və ya  (bizim təyin etdiyimiz) sifətləri Ondan uzaq bilmək və inkar etməkdir). Çünki hər sifət sifət sahibindən ayrıdır. Hər vəsf olunan da sifətdən ayırıdır. (Nəhcül-Bəlağə 1-ci xütbə)

İmam Rza (ə)  buyurub: Allaha ibadətin əvvəli Onu tanımaqdır. Onu tanımağın əsli isə Tövhiddir. (Biharul Ənvar 4/227, Mizanul-Hikmə 6/12 h.11314). (Bu hədis elə bu formada Əmirəlmömin Əli (ə) tərəfindən də nəql olunub)

Tövhid nədir?

Tövhid-yəni Lə iləhə illəllah. Allahdan başqa Allah (kimisi) yoxdur. Lə iləhə illəllahın ixlası və dəyəri nədir? Biz nə edə bilərik ki, lə iləhə illəllahı sadəcə dilimizdə olmamaqla haqqını verək? Nəticədə isə Allahın razılığına səbəb olaq?

Cabir ibn Əbdullah Ənsari deyir: Bir çöl ərəbi Allahın Rəsulunun (s) hüzuruna gəlib soruşdu: “Ey Allahın Rəsulu (s) cənnət üçün bir qiymət varmı?” Həzrəti Peyğəmbər (s) buyurdu: “Bəli”. Ərəb dedi: “Qiyməti nədir?” Həzrəti Peyğəmbər (s) buyurdu: “Lə iləhə illəllah”. “O halda ki, saleh bəndə bunu ixlasla deyər.” Ərəb dedi: “Bunda (Lə iləhə illəllahda) ixlas nədir?”. Allahın Rəsulu (s) buyurdu: “(Lə iləhə illəllahda ixlaslı olmaq) elə bir şeydir ki, Mən həmin şeyin (Lə iləhə illəllahın) haqqına əməl etmək və Əhli-Beytə məhəbbət (məhəbbəti çatdırmaq) üçün göndərilmişəm (peyğəmbərliyə seçilmişəm)”. Ərəb soruşdu: “Sənin Əhli Beytinə məhəbbət Onun (Lə iləhə illəllahın) haqqındandırmı? (hüququndandırmı?). Allahın Rəsulu (s) buyurdu: Bəli, (Əhli Beytə) məhəbbət (Lə iləhə illəllahın) Onun ən böyük haqqındandır (hüquqlarındandır). (Biharul Ənvar c.3, səh.13, həmçinin c.27, səh.134, Mustədrəkul Vəsail c.5, səh.358, Əmali Tusi 1207/583)

İmam Əli (ə) buyurub: Lə iləhə illəllahın şərti vardır. Mən və mənim övladlarım (nəslimdən olan imamlar) onun şərtidir. (Fəraidul səmteyn, 293/365/1, Mənaqibi ibn Şəhruaşub 207/3)

Həzərəti Rəsullullah (s) buyurub: İman, Əhli-Beytə məhəbbət olmadan tamamlanmaz. (Əmali Səduq 8/195, Uyunu Əxbarir Rza (ə) 4/135/2, Məanil Əxbar 1/371)

Allah insanları Ona ibadət, itaət və tanımaq üçün yaradıb. Günümüzdə, İmam Zamanı (ə.f.) tanımasaq və Ona məhəbbət etməsək, nə Allaha doğru ibadət edərik, nə Ona deyilən kimi itaət edərik, nə də Onu lazımınca tanıya bilərik. Necə ki, hal-hazırda zəmanə İmamını öndə qərar verməyənlərin və tanımayanların mərifətində-yəni Allaha ibadət formalarında, itaət şəkillərində və tanımaq əqidələrində- kəskin ixtilaflar və ziddiyətlər vardır. Öz zəmanəsinin İmamını tanımayan Allahını da tanımaz.

Paylaş


Populyar

#i̇mamət
Qədir Xum xütbəsi (4)-Səqifə macərası və Əhli Beytin (ə) məhəbbəti