Bəqərə 2-3, Bəqərə 148, Bəqərə 155, Ali-İmran 83, Ənam 44, Ənam 89, Ənam 158, Əraf 159, Ənfal 39, Tövbə 3, Yunus 20, Yunus 24, Hud 8, Hud 86, Yusuf 110, İbrahim 5, İbrahim 44, İbrahim 45, Hicr 36-38, Nəhl 1, İsra 5, İsra 6, İsra 33, İsra 81, Ənbiya 12-13, Ənbiya 105, Həcc 39, Həcc 41, Nur 35, Nur 55, Şüəra 4, Şüəra 21, Nəml 62, Qəsəs 5-6, Rum 4-5, Loğman 20, Səcdə 21, Səba 18, Səba 51, Sad 88, Zümər 69, Fussilət 53, Fəth 28, Zariyat 23, Rəhman 41, Hədid 17, Saff 8-9, Saff 13, Mülk 30, Məaric 26, Cin 24, Təkvir 15-16, Ləyl 1-2, Qədr 5, Əsr 1-2
Bəqərə 2-3
ذٰلِكَ الكِتابُ لا رَيبَ ۛ فيهِ ۛ هُدًى لِلمُتَّقينَ
الَّذينَ يُؤمِنونَ بِالغَيبِ وَيُقيمونَ الصَّلاةَ وَمِمّا رَزَقناهُم يُنفِقونَ
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır
O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər
Davud ibn Kəsir Rəqqi İmam Sadiqin (ə) Allah-taalanın “O kəslər ki, qeybə inanarlar” kəlamı barədə belə buyurduğunu nəql etmişdir: “(Yəni) kim Qaimin qiyamının haqq olduğunu qəbul edərsə”.
(Kəmaluddin c.2 səh.340, Biharul-Ənvar c.51, səh.52, İsbatul-Huda c.5, səh.72)
Yəhya ibn Əbülqasim deyib: “İmam Sadiqdən (ə) Allahtaalanın “Əlif lam mim. Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. O kəslər ki, qeybə inanarlar” kəlamı barədə soruşdum”. Buyurdu: “Müttəqilər (İmam) Əlinin (ə) şiələri, qeyb isə qeybə çəkilən höccətdir”.
(Kəmaluddin c.2 səh.340, Biharul-Ənvar c.51, səh.52, İsbatul-Huda c.5, səh.72)
Bəqərə 148
أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا
Harada olursunuz olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır
Müfəzzəl ibn Ömər belə rəvyət edir: Əbu Əbdullah İmam Sadiq (ə) buyurdu: İmama (Qaimə) izin verildiyi zaman Allahı, Onun ibranicə olan adı ilə çağıracaq. Bundan sonra üç yüz on üç nəfər səhabəsi Onun üçün payız buludları kimi hazır ediləcəklər. Onlar bayraqlar sahibləridir. Onların arasında elələri olacaq ki, gecə ikən yataqlarında yoxa çıxıb, səhəri Məkkədə açacaqlar. Elələri də olacaq ki, gündüz vaxtı buludlarda yol getdikləri görüləcək. Onlar adları, atalarının adları, xüsusiyyətləri və nəsəbləri ilə tanınacaqlar. Mən soruşdum: Sizə fəda olum, onlardan hansı biri imanda ən yüksəkdir? İmam (ə) buyurdu: Gündüz vaxtı buludda yol gedənlər-onlar itənlərdir (o zamanlarında qeybə çəkilənlər ola bilr). Bu ayə onların barəsində nazil olmuşdur: “Harada olursunuz olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır.”
(Şeyx Numani Qeyb dövrü, səh.313, Biharul ənvar c.52, səh.368)
Oxşar hədis; İmam Səccad (ə) buyurmuşdur: ...Onlar Qaimin (ə.f.) səhabələridir.
(Şeyx Numani Qeyb dövrü, səh.313, İsabtul-Huda c.5, səh.108, Biharul ənvar c.52, səh.369)
Başqa bir hədis; Əbu Bəsir nəql edir; Əbu Əbdullah İmam Sadiq (ə) bu ayə haqqında belə buyurdu: Qaim və əshabı barədə nazil olub. Onlar əvvəlcədən vədələşmədikləri halda bir araya toplanacaqlar.
(Şeyx Numani Qeyb dövrü səh.241, Biharul-Ənvar c.51, səh.58)
Bəqərə 155
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.
Əbu Bəsir deyir: İmam Sadiq (ə) buyurdu: Qaim (salam olsun ona) gəlməmişdən əvvəl bir il olar ki, insanların o ildə aclıqla üzləşməsi, qətl və qırğından şiddətli qorxu, mal, can və məhsul itkisi (mal və ömrlərin azalması) qaçılmazdır. Bu Allahın Kitabında çox aşkardır. Sonra bu ayəni oxudu: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.”
(Biharul ənvar c.52, səh.228-229, Şeyx Numani Qeyb dövrü səh.250, İsbatul Huda c.5, səh 363, Burhan təfsiri c.1, səh.359)
Ali-İmran 83
وَلَهُ أَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ
Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz Onun qarşısında təslimdir. Hamı Ona tərəf qaytarılacaq.
Rifaə ibn Musadan nəql olunur ki, İmam Sadiq (ə) buyurub: “Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz Onun qarşısında təslimdir”ayəsi bərəsində dedi: Qaim qiyam etdiyi zaman yerdə, La ilahə illəllah və Muhəmmədən Rasulullah kəlməsinə çağrılmayan heç kəs qalmaz.
(İsbatul-Huda c.5, səh.172, Burhan təfsiri, c.1, səh.650, Əyyaşinin təfsiri c.1, səh.183, Biharul-Ənvar c.52, səh.340)
İbn Bukeyrdən rəvayət olunur: İmam Rzadan (ə) bu ayə barəsində soruşdum: “Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz Onun qarşısında təslimdir”. İmam Rza (ə) buyurudu: Qaimin haqqında nazil olmuşdur. Elə ki, yerin şərqindən və qərbindən, yəhudilər, nəsranilər, sabiilər, zındıqlar, inkar əhli və kafirlər çıxdığı zaman (Qaim) onlara deyər. Kim istəyərək (xoşluqla) Allahın əmrinə təslim olsa, namaz qılsa, oruc tutsa və müsəlmanlara vacib olan şeylərdə Onun əmrinə tabe olsalar-olub. (Amma) kim bunlara təslim olmasa Allah, Qaimə yerin şərqində və qərbində Tövhid əhli olmayana qədər hər bir kəsin boyunlarının vurmasını əmr edər.
(İsbatul-Huda c.5, səh.172, Burhan təfsiri, c.1, səh.650, Əyyaşinin təfsiri c.1, səh.183, Biharul-Ənvar c.52, səh.340)
Ənam 44
فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّىٰ إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.
Əbi Həmzə İmam Baqirdən (ə) nəql edir: Həzrətخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ -"onları qəflətən yaxaladıq və onlar naümid qaldılar" ayəsi haqqında belə buyurdu: “Yəni, Qaimin qiyamı”.
(Qummi təfsiri, c.1, səh.200, Burhan Təfsiri, c.2, səh.419, Safi təfsiri, c.2, səh.121)
Ənam 89
اُو۬لٰٓئِكَ الَّذ۪ينَ اٰتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَۚ فَاِنْ يَكْفُرْ بِهَا هٰٓؤُ۬لَٓاءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْماً لَيْسُوا بِهَا بِكَافِر۪ينَ
Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər (kafirlər) ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik.
İmam Sadiq (ə)وْمًا لَيْسُوا بِهَا بِكَافِرِينَ -"Biz onları inkar etməyən bir camaata həvalə edərik" ayəsi haqqında buyurur: “Bu Həzrəti Məhdinin (ə.f.) əshab və köməkçilərinə işarədir.”
(Yənabiul məvəddəh, səh.422, Əl Məram, səh.226)
Süleyman ibn Harun İcli Əbu Abdullahdan (ə) belə nəql edir: “Bu işin sahibinin əshabı, onun üçün hifz edilir. Əgər bütün insanlar (ölüb) aradan getsələr, yenə də Allah onun səhabələrini, onun üçün gətirər. Onlar o kəslərdir ki, Allah-taala onların haqqında belə buyurur: “Beləliklə, əgər bunlar bu işlərə kafir olsalar, şübhəsiz, Biz ona əsla kafir olmayan bir dəstəni təyin edərik”(Ənam 89). Onlar o kəslərdir ki, Allah-taala onların haqqında belə buyurur: “Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli (və sərtdirlər)”. (Maidə, 54)
(Qeyb dövrü, Şeyx Numani səh.312, bab 20, hədis 12, Burhan Təfsiri c.2, səh.448, Biharul-Ənvar c.52, səh.370)
Ənam 158
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا قُلِ انْتَظِرُوا إِنَّا مُنْتَظِرُونَ
Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.
Əli ibni Rubab İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) bu şərif ayə barəsində buyurdu: Burada "əlamətdən (nişanədən)" məqsəd Həzrəti Qaimdir (ə.f.). Sonra buyurdu: Həzrəti Qaimin (ə.f.) zühuru və qiyamı zamanında, əvvəlcədən iman gətirməyən şəxslərin iman gətirməsinin faydası yoxdur. Hər nə qədər ki, Ondan əvvəlki imamlara iman gətirmiş olsunlar.
Yenə buyurdu: Bizim Qaimin (ə.f.) dostlarının xoş halına ki, qeybət zamanında O Həzrətin zühurunun intizarındadırlar və zühur zamanında Həzrətə (ə.f.) itaət halındadırlar, onlar Allahın övliya və dostlarıdırlar. Onlara qorxu yoxdur və heç vaxt (məhzun) hüzünlü və kədərli olmurlar.
(Yənabiul məvəddəh (əhli-sünnə mənbəsi), səh.422, Kəmaluddin c.1, səh.18, 30, İsbatul-Huda, c.5, səh.91, Burhan təfsiri, c.2, səh.501, (oxşar hədis-başqa istinadla) Biharul-Ənvar c.52, səh.149, c.64, səh.33)
Əraf 159
أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ
Haqqa hidayət edib onunla hökm edərlər
Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) belə nəql edir: “Qaim (ə) zühur etdiyi zaman özüylə birlikdə Kufə şəhərinin arxasından iyirmi yeddi nəfər çıxıb gələcək. Bunlardan on beş nəfəri Musa (ə) peyğəmbərin qövmündəndir. “Haqqa hidayət edib onunla hökm edərlər” (“Əraf” surəsi, 159-cu ayə). Yeddisi Əshabi Kəhf, digərləri isə Yuşa ibn Nun (ə), Salman Farsi, Əbu Ducanə Ənsari, Miqdad və Malik Əştərdir. Bunlar onun yardımçıları və idarəçiləridir”.
(Şeyx Müfid, İrşad c.2, səh.386, Ələmul-Vəra (qədimi), səh.464, Biharul-Ənvar, c.53, səh.90-91)
Ənfal 39
وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ
Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür.
İmam Baqir (ə) bu ayənin təfsirində belə buyurur: “Bu ayənin təvili (açıqlamsı-reallaşması-icrası) hələ gəlməmişdir. Belə ki, Allahın Rəsulu özünün və səhabələrinin ehtiyaclarına (hacətlərinə) görə möhlət verildi. Ayənin təvil olunduğu gün bu möhlət qəbul olunmayacaqdır. Əksinə, Allahın birliyinə (vəhdaniyyət) və heç bir şirk qalmayana qədər ölüdürüləcəklər.”
(Əyyaşinin təfsiri, c.2, səh.56, Burhan təfsiri, c.2, səh.686, Biharul-Ənvar c.51, səh.55, Üsuli-Kafi (əl-İslamiyyə) c.8, səh.201)
Tövbə 3
وَأَذَانٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ
Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş!
Cabir (İmam Sadiqdən (ə) və O da) Əbu Cəfər İmam Baqirin (ə) Allah-taalanın “Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş!” ayəsi barədə belə buyurduğunu rəvayət edir: “Qaimin çıxışı və insanları özünə tərəf dəvət etməsidir”.
(Əyyaşinin təfsiri c.2, səh.76)
(Həmçinin başqa hədislərdə Həzrəti Əmirəlmöminin (ə) barəsində də qeyd olunub)
Yunus 20
وَيَقُولُونَ لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلَّهِ فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ
Onlar deyirlər: “Niyə ona Rəbbindən bir nişanə (əlamət) endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.
İmam Sadiq (ə) buyurub: “Bu ayədə الْغَيْبُ Qeyb, Höccətul Qaibdir
(Biharul-Ənvar c.51, səh.52, Yənabiul məvəddəh kitabında da var (əhli-sünnə mənbəsi))
Həmçinin İmam Rza (ə) bu ayə üçün buyurub: Fərəcin intizarı və səbr necə də gözəldir.
(Burhan təfsiri, c.3, səh.21, Nursəqəleyn təfsiri, c.2, səh.297)
Yunus 24
إِنَّمَا مَثَلُ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ مِمَّا يَأْكُلُ النَّاسُ وَالْأَنْعَامُ حَتَّىٰ إِذَا أَخَذَتِ الْأَرْضُ زُخْرُفَهَا وَازَّيَّنَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَيْهَا أَتَاهَا أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِيدًا كَأَنْ لَمْ تَغْنَ بِالْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ
Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol (məhsulu) olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.
İmam Sadiq (ələyhis-səlam) buyurub: Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər-yəni Qaim qılıncı ilə-(ayənin ardı) Biz onu, elə biçilmiş sahəyə döndərərik, sanki dünən heç bol (məhsul) olmamışdı.
(Dəlailul İmamə səh.468, Burhan təfsiri c.2, səh.420)
Hud 8
وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَعْدُودَةٍ لَيَقُولُنَّ مَا يَحْبِسُهُ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək (müəyyən bir ümmət gələnədək) gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir.
İmam Sadiq (ə) buyurur: Əzab, Qaimin (ə) çıxması, müəyyən vaxtadək (müəyyən bir ümmət) bədr əhli və Onun (Həzrəti Məhdinin (ə.f.) əshabındandırlar.
(Şeyx Numani Qeyb dövrü, səh.241, Burhan təfsiri c.3, səh.82, Biharul-Ənvar c.51, səh.58)
Hud 86
بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ
Əgər möminsinizsə, Allahın saxladığı sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.
İmam Baqir (ə) buyurdu: (İmam Məhdi (ə.f.)) zühur edən vaxt Kəbənin divarına söykənib, dilinə gətirdiyi ilk söz bu ayədir, sonra buyurdu:
اَنَا بَقِيةُ اللّهِ في اَرْضِهِ وَ خَليفَتُهُ وَ حُجَّتُهُ عَلَيكُمْ
“Mən yer üzərində Bəqiyətullaham (Allahın (sona) saxladığı) və sizin üzərinizdə Onun xəlifəsi və Höccətiyəm.” Belə ki, hər kəs ona salam vermək istəsə belə desin:
اَلسَّلامُ عَلَيكَ يا بَقِيةَ اللّهِ في اَرْضِهِ
“Salam olsun Sənə ey Allahın yer üzərindəki sona saxladığı.”
(Kəmaluddin c.1, səh.331)
Yusuf 110
حَتَّىٰ إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جَاءَهُمْ نَصْرُنَا فَنُجِّيَ مَنْ نَشَاءُ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ
Elçilər (hər dəfə) ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və dilədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz.
İmam Sadiq (ə) atalarından və Əmirəlmöminindən (ə) nəql edir ki, Həzrət (ə); “Elçilər (hər dəfə) ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə” cümləsinin Həzrət Məhdinin (ə.f.) zühurundan əvvəl və axirəzzamanda iman sahiblərinin vəziyyəti ilə, “köməyimiz onlara gəlir” cümləsini isə Ali Muhəmmədin Qaiminin zühuru ilə uyğunlaşdırıb və buyurmuşdur: “Qaimimiz Məhdinin qiyamı da budur”.
(Muntəxəbul əsər, səh.314-Yənabiul məvəddəhdən nəql olunub)
İbrahim 5
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُمْ بِأَيَّامِ اللَّهِ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
Biz Musanı nişanələrimizlə göndərib (ona): “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Şübhəsiz ki, bunda çox səbr və şükür edənlər üçün dəlillər vardır.
İmam Baqir (ə) buyurub: Allahın günləri üçdür. Qaimin qiyamı günü, Rəcət günü, Qiyamət günü.
(Məaniəl əxbar, səh.365)
Həmçinin İmam Sadiq (ə) buyurub:Allahın günləri üçdür. Qaimin qiyamı günü, Ölüm günü, Qiyamət günü.
(Qummi Təfsiri c.1, səh.367, Biharul-Ənvar c.13, səh.12, c.51, səh.45)
İbrahim 44
وَأَنْذِرِ النَّاسَ يَوْمَ يَأْتِيهِمُ الْعَذَابُ فَيَقُولُ الَّذِينَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ نُجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُمْ مِنْ قَبْلُ مَا لَكُمْ مِنْ زَوَالٍ
İnsanları onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək. (Onlara deyiləcəkdir) Məgər əvvəllər sizə heç bir şey olmayacağı barəsində and içməmişdiniz?!
Muhəmməd ibni Müslim bu kərim ayənin təfsiri barəsində İmam Baqirdən (ə) nəql edir ki, Həzrət (ə) buyurdu: “İstədilər ki, (zalımlar) Həzrət Qaimin (ə.f.) çıxmasına (fərəcinə) qədər möhlət alsınlar.”
(Əyyaşinin təfsiri, c.2, səh. 235, İsbatul Huda, c.5, səh.175, Burhan təfsiri, c.3, səh.317, Biharul-Ənvar, c.52, səh.132)
İbrahim 45
وَسَكَنْتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنْفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالَ
Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik.
Bir qrup İmam Sadiqin (ə) məhzərində (görüşündə) idilər. Bəni Abbasın evlərindən söhbət getdi. Bir kişi dedi: Allah onların məhvini bizə göstərsin. İmam Sadiq (ə) buyurdu: Belə de: “O yer, Həzrəti Qaimin (ə.f.) və əshabının məskəni olsun. Məgər eşitməmisən ki, Allah buyurub: "Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz" وَسَكَنْتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنْفُسَهُمْ
(Burhan təfsiri, c.3, səh.318, İsbatul Huda, c.5, səh.175, Biharul-Ənvar, c.52, səh.347)
Hicr 36-38
قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ
إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ
(İblis) dedi: Ey Rəbbim! elə isə dirildiləcəkləri günə qədər mənə möhlət ver! (Allah) dedi: Sən möhlət verilənlərdənsən; Ancaq məlum vaxta qədər.
Vəhb ibn Cuməy deyir: İmam Sadiqdən (ələyhis-səlam) “(İblis) dedi: Ey Rəbbim! elə isə dirildiləcəkləri günə qədər mənə möhlət ver! (Allah) dedi: Sən möhlət verilənlərdənsən; Ancaq məlum vaxta qədər” ayəsində İblisin sözü barəsində soruşdum: Sizə fəda olum bu hansı gündür? İmam (ələyhis-səlam) buyurdu: Ey Vəhb, bunun insanların dirildiləcəyi gün olduğunu hesab edirsən? Allah-taala ona Qaimimizi (əccələlahu fərəchuş şərif) göndərən vaxtadək möhlət vermişdir. Allah-taala Onu göndərdikdə, Kufə məscidində ikən İblis Onun yanına gələcək, qarşısında diz çöküb deyəcək: Vay olsun bu günə! Qaim (əccələllahu fərəchuş şərif) onun kəkilindən yapışıb boynunu vuracaq. Məlum olan vaxt həmin gündür.
(Əyyaşinin təfsiri c.2, səh.232, Burhan təfsiri c.3, səh.366, Biharul-Ənvar c.60, səh.254, İsbatul-Huda c.5, səh.175)
Nəhl 1
أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ
Allahın əmri gələcəkdir. Buna görə də onda tələsməyin.
Əbdürrəhman ibn Kəsir belə rəvayət edir: Əbu Əbdullah İmam Sadiq (ə) Allah-taalanın buyurduğu: “Allahın əmri gələcəkdir (gəlib çatdı), buna görə də onda tələsməyin” ayəsi haqqında belə buyurdu: (Ayədə buyurulan Allahın əmri) bizim işimizdir. Allah-taala onun barəsində tələskənlik etməməyimiz əmr etmişdir. Allah Onu (Qaimi) üç qoşunla gücləndirəcək: mələklərlə, möminlərlərlə və qorxu ilə. Onun xürucu (çıxışı) Allah Rəsulunun (s) xürucu kimidir. Allah-taala bu haqda belə buyurur: “Necə ki, möminlərdən bir dəstə narazı olduqları halda Rəbbim səni evindən haqq və doğru olaraq (Bədrə sarı) çıxarmışdı (Ənfal 5).
(Şeyx Numani Qeyb dövrü səh.198, 243, Biharul-Ənvar c.52, səh.356, İsbatul-Huda c.5, səh.188)
Əban ibn Təğlib İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Qaimə (ə.f.) beyət edəcək birinci şəxs Cəbraildir ki, ağ bir quş surətində gələcəkdir. Ona beyət edəcək, sonra isə ayağının birini Beytüllahil-hərama, o birisini isə Beytül Müqəddəsə qoyacaqdır. Sonra uca bir səslə elə nida çəkəcəkdir ki, bütün məxluqat eşidəcəkdir: “Allahın əmri gələcəkdir (gəlib çatdı), buna görə də onda tələskənlik etməyin!”( Nəhl 1).
(Kəmaluddin, c.2, səh.671, İsbatul-Huda, c.5, səh.202, Biharul-Ənvar c.52, səh.285-286)
İsra 5
فَإِذَا جَاءَ وَعْدُ أُولَاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَنَا أُولِي بَأْسٍ شَدِيدٍ فَجَاسُوا خِلَالَ الدِّيَارِ ۚ وَكَانَ وَعْدًا مَفْعُولًا
Onlardan birincisinin vaxtı gəldiyi zaman üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb (sizi) axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.
Humran belə rəvayət edir: İmam Baqir (ələyhis-səlam) Allah-taalanın “Onlardan birincisinin vaxtı gəldiyi zaman üstünüzə çox güclü qullarımızı göndərdik” ayəsini oxuduqdan sonra belə buyurdu: “çox güclü olanlar” Qaim və Onun əshabıdır.
(Əyyaşi Təfsiri c.2, səh.281, Burhan Təfsiri c.3, səh.505, Biharul-Ənvar c.51, səh.57)
İsra 6
ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا
Sonra sizə onların üzərində təkrar zəfər qazandırdıq, var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi daha çox etdik.
Məsədə ibn Sədəqə İmam Sadiqdən (ələyhis-səlam), O da atasından, babasının belə buyurduğunu nəql edir: Əmirəlmöminin Əli (ələyhis-səlam) öz xütbəsində belə buyurmuşdur: Ey camaat! Məni itirməzdən əvvəl soruşun! Belə ki, mənim sinəmdə geniş elm var. Fitnələr şərqdən ayağını qaldırmadan və dünyanın sonunadək ayaq açmazdan əvvəl Məndən soruşun! Onun (fitnə yaradanın) carçısı, tərəfdarı, rəhbəri, sürüb gətirən və müdafiə edən lənətlənmişdir! O zaman Dəclə və ətrafında fitnələrdən qurtulmaq üçün onu lənətləyib nə qədər qaçanlar var, amma (bu fitnə üçün) sığınacaq yer və bir mərhəmət edən olmayacaq! Fələk dövran etdikdə belə deyəcəksiniz: (İmam) öldü və ya həlak oldu, hansı vadiyə yollandı? Həmin vaxtda qurtuluşu (zühuru) gözləyin. Bu, bu ayənin yozumudur: “Sonra sizə onların üzərində təkrar zəfər qazandırdıq, var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi daha çox etdik.”
Toxumu yaran və çəyirdəyi cücərdib çıxarana and olsun ki, həmin vaxtda firavan şahlar kimi yaşayacaqlar və hər bir şəxs sülbündən min oğlu olduqdan sonra dünyadan ayrılacaq, hər bir bidət, fəlakət və nazil olanlardan asayişdə olacaq. Allah-taalanın kitabı və Peyğəmbərin (səlləllahu ələyhi və alihi) sünnəsinə əməl ediləcək, bəla və şübhələr yox olub gedəcək.
(Əyyaşi Təfsiri c.2, səh.282, Burhan Təfsiri c.3, səh.506, Biharul-Ənvar c.51, səh.57)
İsra 33
وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَمَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِفْ فِي الْقَتْلِ إِنَّهُ كَانَ مَنْصُورً
Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda israf etməyəcək. Çünki ona artıq kömək olunmuşdur.
İmam Sadiq (ə) buyurur: Bu ayədə "məzlum"dan məqsəd Həzrət İmam Hüseyndir (ə), "onun varisinə ixtiyar vermişik"dən məqsəd İmam Məhdidir (ə.f.).
(Burhan təfsiri,c.3, səh.528, oxşar hədislər-Kamilu-Ziyarat, səh.63, Biharul-Ənvar c.45, səh.298)
İsra 81
وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ۚ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا
De: Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olmağa məhkumdur.
İmam Baqir (ə) buyurub: Qaimin qiyamı ilə batil dövlətlərin məhv olmasıdır.
(İsbatul-Huda c.5, səh.64, Biharul-Ənavr c.51, səh.62, Burhan təfsiri c.3, səh.576, Üsuli-Kafi (əl-İslamiyyə) c.8, səh.287)
Ənbiya 12-13
فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُمْ مِنْهَا يَرْكُضُونَ
لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ
Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa başladılar. “Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Bəlkə, sizinlə sorğu-sual olundu”.
İmam Sadiq (ələyhis-səlam) buyurub: “Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Bəlkə, sizinlə sorğu-sual olundu” yəni-Qaimin (qiyamı), bəni filan (bəni üməyyə) sorğu-sual olunacaq.
(Dəlailul İmamə səh.468, Burhan təfsiri c.2, səh.420)
Həmçinin İmam Baqir (ələyhis-səlam) buyurub: Bu ayə Qaimin qiyamı haqqındadır. Kafi 8/ 51/ 15
Ənbiya 105
وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ
Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz ) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim saleh bəndələrim varis olacaqlar
İmam Baqir (ə) buyurub: “yer üzünə Mənim saleh bəndələrim varis olacaqlar”dan məqsəd İmam Məhdi (ə.f.) və Onun köməkçiləridir.”
(Qummi təfsiri, c.2, səh.77, Safi təfsiri, c.3, səh.357, İsbatul-Huda, c.5, səh.146, Biahrul-Ənvar, c.51, səh.47)
Həcc 39
أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ
Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!
Əbu Bəsir belə rəvayət edir: Əbu Əbdullah İmam Sadiq (ə) Allah-taalanın Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! ayəsi haqqında belə buyurdu: Ayə Qaim (ə.f.) və Onun əshabı barədədir.
(Şeyx Numani, Qeyb dövrü səh.241, Biharul-Ənvar c.51, səh.58, başqa istinadla İmam Baqirdən (ə) də nəql olunub-İsbatul-Huda, c.5, səh.189)
Həcc 41
الَّذِينَ إِنْ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ
Onlar o kəslərdir ki, əgər onlara yer üzündə hakimiyyət versək, namaz qılar, zəkat verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir.
İmam Baqir (ələyhis-səlam) buyurub: Bu ayə (Həcc 41) Ali Muhəmmədin şənində nazil olmuşdur. Allah Həzrəti Məhdi və Onun əshabını şərqdən qərəbə qədər (hər yerdə) hakim edəcəkdir və dinini aşkara çıxaracaqdır. Axmaqlar haqqı məhv etdikləri kimi, O və əshabı da bidəti və batili məhv edəcəkdir, hətta o həddə qədər ki, zülmdən heç bir əsər qalmayacaqdır.
(Qummi təfsiri c.2, səh.87, Burhan təfsiri c.3, səh.893, Biharul-Ənvar c.51, səh.47)
Nur 35
يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ
Allah istədiyini Öz nuruna yönəldir
Cabir ibn Abdullah Ənsari Əmirəlmöminin Əlidən (ələyhis-səlam) nəql edir: ... Allah istədiyini Öz nuruna yönəldir – Qaimul Məhdidir (əccələllahu fərəcəhu şərif)
(Burhan təfsiri, c.4, səh.72, Ğayət əl Məram, c.3, səh.264)
Nur 55
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَنْ كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.
İmam Sadiq (ə) buyurub: Bu ayə, Qaim və əshabları haqqında nazil olmuşdur.
(Şeyx Numani Qeyb dövrü, səh.240, Biharul-Ənvar c.51, səh.58)
Şüəra 4
إِنْ نَشَأْ نُنَزِّلْ عَلَيْهِمْ مِنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ
Biz istəsək, göydən onlara elə bir əlamət endirərik ki, onun önündə başları itaətkarlıqla əyilər
Həsən ibn Ziyad Sayfəl deyib: Əbu Əbdullah Cəfər ibn Muhəmmədin (ə) belə dediyini eşitdim: Carçı səmadan bir nida çəkib, nəticəsində gənc qızlar pərdə arxasından (yaxud zifaf və ya yataq otağından-bu ifadə heyrətin şiddətini göstərmək üçün ola bilər) çıxmayana, Məşriq və Məğrib əhalisi (bu sədanı) eşitməyənə qədər Qaim qiyam etməyəcək. Habelə Onun barəsində bu ayə nazil olub: Biz istəsək, göydən onlara elə bir əlamət endirərik ki, onun önündə başları itaətkarlıqla əyilər.
(Şeyx Tusi Qeyb dövrü, səh.177, İsbatul-Huda c.5, səh.120)
Başqa bir hədis; Fuzeyl ibn Muhəmməd belə rəvayət edir: Əbu Əbdullah İmam Sadiq (ə) buyurdu: Səmada Qaimin adı ilə səslənən nida Allahın kitabında bəyan edilmişdir. Mən soruşdum: Allah işinizi yoluna qoysun, hardadır O?. İmam (ə) buyurdu: Ta, Sin, Mim surəsindəki bu ayədə; “Biz istəsək, göydən onlara elə bir əlamət endirərik ki, onun önündə başları itaətkarlıqla əyilər”. Onlar səsi eşitdiklri zaman elə bir vəziyyətə düşəcəklər ki, sanki başlarında quş oturub (mütərcim; yəni heyrətdən donub qalacaqlar- quş hürküb uçmasın deyə başında quş olan adamın o həddə hərəkətsiz vəziyyətdə qalması kimi).
(Şeyx Numani Qeyb dövrü səh.263)
Şüəra 21
فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ
Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.
Müfəzzəl ibn Ömər Əbu Əbdullah İmam Sadiqdən (ə) belə nəql edir: Bu işin sahibinin bir qeybə çəkilməsi olacaq ki, bu zaman o, belə deyəcək: Sizdən qorxduğum üçün (zaman) qaçdım, sonra Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.
(Şeyx Numani Qeyb dövrü səh.174, İsbatul-Huda, c.5, səh. 157, Biharul-Ənvar c.52, səh.292)
Müfəzzəl ibn Ömər Əbu Əbdullah İmam Sadiqdən (ə) belə nəql edir: Qaim qiyam edən zaman belə deyəcək: Sizdən qorxduğum üçün (zaman) qaçdım, sonra Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.
(Şeyx Numani Qeyb dövrü səh.174, İsbatul-Huda, c.5, səh.188, Burhan təfsiri, c.4, səh.173 Biharul-Ənvar c.52, səh.292)
Nəml 62
أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ
Darda qalan kimsə dua etdiyi zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir?
Muhəmməd ibn Müslim belə rəvayət edir: Əbu Cəfər İmam Baqir (ə) Allah-taalanın,” Darda qalan kimsə dua etdiyi zaman ona cavab verən, ayəsi haqqında belə buyurdu: Qaimin barəsində nazil olmuşdur. Cəbrail (ə) (Kəbənin) navalçası üzərində ağ rəngli bir quş şəklində duracaq. Allahın yaratdıqlarının arasında ona beyət edən ilk varlıq O (Cəbrail) olacaq. Bundan sonra üç yüz on üç nəfər adam ona beyət edəcək. (Həmin vaxt) kim yolda olsa, o anda çatacaq, yolda olmayanlar isə yataqlarından itəcəklər (bir anda Kəbədə olacaqlar). Bu, Əmirəlmöminin Əlinin (ə) buyurduğu həmin sözdür: Xeyir işlərdə bir-birinizlə yarışın. Harada olursunuz olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır.” (Bəqərə 148). “Xeyir işlər” biz-Əhli-Beytin (ə) vilayətidir.
(Şeyx Numanı Qeyb dövrü, səh.314, başqa istinadla -Biharul ənvar c.52, səh.368)
Qəsəs 5-6
وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ
Biz istədik ki, yerdə aciz qalanlara (zəif olanlara) mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. Yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək.
İmam Cavadın (ə) qızı Həkimə xatun deyir: (İmam Zamanın (ə.f.) doğumunun yeddinci günü idi) İmam Həsən Əskəri (ə) dedi: Oğlum bir söz de: İmam Zaman (ə.f.) dedi: “Əşhədu ənla ilahə illəllah”, sonra Peyğəmbərə (s.ə.a.s.), Əmirəl-mömininə (ə) və İmamlara (ə) və atasına salam və salavat dedi: Sonra Qəsəs surəsi ayə 5 və 6-nı oxudu: “Biz istədik ki, yerdə aciz qalanlara (zəif olanlara) mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. Yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək.”
(Biharul-Ənvar c.51,səh.2-3, Kəşfül-Ğümmə (əl-qədimə), c.2, səh.498)
Rum 4-5
وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ
بِنَصْرِ اللَّهِ
O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə!
Yunus ibn Yəqub deyir: İmam Sadiq (ələyhis-səlam) Allah-taalanın Qurani-Kərimdə buyurduğu, O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə! (Rum 4-5) ayəsini tilavət etdi və belə buyurdu: Qaimin (əccələllahu fərəcəhuş şərif) zühuru ilə qəbirlərində sevinəcəklər.
(Dəlailul-İmamə (əl-hədis) səh.465, Burhan təfsiri c.4, səh.335, İsbatul-Huda c.5, səh.201)
Loğman 20
وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً
Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdi
Məhəmməd ibn Ziyad Əzdi deyib: “Ağam Musa ibn Cəfərdən (ə) Allah-taalanın “Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdi” kəlamı haqqında soruşdum. Buyurdu: “Aşkar nemət aşkar imamdır, gizli nemət isə gizli imamdır”. Dedim: “Imamların arasında qeybə çəkilən birisi varmı?” Buyurdu: “Bəli, onun şəxsiyəti (və kimliyi) camaatın gözündən gizli olacaq. Lakin xatirəsi möminlərin qəlbindən qeybə çəkilməyəcək. O, bizdən olan on ikincidir. Allah onun üçün hər bir çətinliyi asanlaşdırar, hər bir sıxıntını aradan qaldırar, yer üzünün xəzinələrini onun üçün aşkar, hər bir uzaqlığı ona yaxın edər, onun vasitəsilə hər bir inadkar dikbaşı məhv və əliylə hər bir asi şeytanı həlak edər. O, kənizlərin xanımının oğludur. O kəsdir ki, onun doğuluşu camaatdan gizlədilər və adını çəkmək Allah-taala onu ortaya çıxarıb yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqqədalətlə doldurduğu vaxta qədər onlara halal olmaz”.
(Kifaytül-Əsər, səh.270, Kəmaluddin, c.2, səh.368, İsbatul-Huda, c.2. səh.93, Burhan təfsiri, c.4 səh.376, Biharul-Ənvar c.51, səh.150 )
Səcdə 21
وَلَنُذِيقَنَّهُم مِّنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ
Əlbəttə, onlara böyük əzabdan əvvəl dünya əzabını da daddıracağıq. Ola bilsin ki, onlar (haqq yola) qayıdarlar.
İmam Sadiq (ə) buyurub: Böyük əzab (qılıncla qiyamı olan) Məhdidir (başqa hədislərdə Qiyamət haqqında da deyilb)
(İsbatul-Huda, c.5, səh.190, Burhan təfsir c.4, səh.401, Biharul-Ənvar c.51, səh.59)
Səba 18
وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ
Bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”
İmam Sadiq (ə) buyurur: سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ - “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”, məqsəd Əhlibeytdən olan Qaimimizlə gəzib dolaşın ki, tam təhlükəsizlikdə olasınız.
(İləluş-Şərai, c.1, səh.90-91, Kənzul dəqaiq və bəhrul ğəraib təfsiri Səba 18)
Səba 51
وَلَوْ تَرَىٰ إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِنْ مَكَانٍ قَرِيبٍ
(Kaş ki) Sən onları vəhşət içində olduqları zaman bir görəydin. Artıq onlar qaçıb (canlarını) qurtara bilməzlər və yaxın bir məkandan yaxalanarlar.
Haris Həmədani Əmirəlmömin Əlidən (ələyhis-səlam) belə nəql edir: Məhdi əqbəl (gözlərinin qarası burnuna tərəf olan və ya baxışları burnuna tərəf baxan şəxs) və qıvrım saçlıdır. Yanağında xal var. (Xürucunun) başlanğıcı şərq tərəfdən olacaq. Bu baş verdiyi zaman Süfyani çıxacaq və hamilə qadının hamiləlik müddəti qədər-doqquz ay hakimiyyət sürəcək. Şamda xüruc edəcək. Haqq üzərində sabit qalan bir neçə dəstədən başqa Şam əhli hamılıqla ona (Süfyaniyə) tabe olacaq. Allah bu şəxsləri Süfyani ilə birgə qiyam etməkdən qoruyacaq. Sonra o, Mədinəyə böyük bir qoşun göndərəcək. Qoşun gəlib Mədinənin Beyda (çölünə) çatanda Allah onları yerə batıracaq. Allah-taala bu haqda belə buyurur: (Kaş ki) Sən onları vəhşət içində olduqları zaman bir görəydin. Artıq onlar qaçıb (canlarını) qurtara bilməzlər və yaxın bir məkandan yaxalanarlar. (Səba, 51)
(Şeyx Numani Qeyb dövrü, səh.304, Burhan təfsiri c.4, səh.528, Biharul-Ənvar c.52, səh.252)
Sad 88
وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ
Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq biləcəksiniz
İmam Baqir (ə) buyurub: (Bu) Qaimin xürucu haqqındadır.
(Biharul-Ənavr c.51, səh.62, Üsuli-Kafi (əl-İslamiyyə) c.8, səh.287, İsbatul-Huda c.3. səh.22, Burhan təfsiri, c.4, səh.687)
Zümər 69
وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاءِ وَقُضِيَ بَيْنَهُمْ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.
İmam Sadiq (ə) buyurur: “Qaimimiz qiyam edən zaman yer üzü O Həzrətin Rəbbinin nuru ilə işıqlanacaq, bəndələrin günəşin işığına ehtiyacı qalmayacaq və zülmət aradan qalxacaq.”
(Şeyx Müfid İrşad, c.2, səh. 381, İləmul-Vəra (əl-qədimə) səh.464, Şeyx Tusi Qeyb dövrü, səh.468, Biharul-Ənvar c.52, səh.330)
basşqa bir hədis
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Yer üzünün tərbiyyə edəni İmam Zamandır (ə.f.), Həzrəti Məhdinin (ə.f.) nuru ilə insanlar günəşin və ayın nurundan ehtiyacsız olacaq.”
(Nəcmus saqib, bab 2, Biharul-Ənvar, c.7, səh.326)
Fussilət 53
سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ
Üfüqlərdə (kaintda) və onların öz vücudlarında nişanələrimizi onlara göstərəcəyik ki, onlara Onun haqq olması aydın olsun.
Əbu Bəsir belə rəvayət edir: Əbu Cəfər İmam Baqirdən (ə) Allah-taalanın buyurduğu “Üfüqlərdə (kaintda) və onların öz vücudlarında nişanələrimizi onlara göstərəcəyik ki, onlara Onun haqq olması aydın olsun” sözü barəsində soruşuldu: (Yəni) onlara özlərində (daxillərində) və üfüqlərdə göstərəcək. “Onlara Onun haqq olması aydın olsun” sözü ilə isə Qaimin zühuru nəzərdə tutulur. O, Allah-taala tərəfindən olan haqdır və şübhəsiz, bütün insanlar onu görəcəklər.
(Şeyx Numani, Qeyb dövrü səh.269 (Bakı çapı səh.255), İsbatul-Huda, c.5, səh.366-367, Burhan təfsiri, c.4, səh.794)
(oxşar hədis başqa istinadla İmam Sadiqdən (ə) də nəql olunub-İsabatul-Huda, c.5, səh.191, Burhan təfsiri, c.4, səh.795)
Fəth 28
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا
(İslamı) bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir.
Tövbə 33
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur.
Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) bu ayə barəsində soruşdum, buyurdu: “Allaha and olsun bu ayənin təvili (açıqlaması-reallaşması-icrası) hələ gəlməmişdir. Qaimin (ə.f.) çıxmasına (zühuruna) kimi də bunun təvili gəlməyəcəkdir. Qaim (ə.f.) çıxan vaxt (zühur zamanı) Allaha kafir olan və İmamın yanında müşrik (Allaha şərik qoşan) qalmayacaqdır. Əgər qalsa belə Onun çıxmasına (zühuruna) ikrahları vardır; Hətta əgər kafir və ya müşrik daş içində gizlənmiş olsa belə, o daş deyər: ! Ey mömin mənim içimdə kafir var, məni parçalayın və onu öldürün.
(Kəmaluddin, c.2, səh.670, Biharul-Ənvar c.51, səh.60)
Zariyat 23
فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ
Göyün və yerin Rəbbinə and olsun ki, bu sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
Həzrət İmam Səccad (ə) bu şərif ayə haqqında buyurub: Bu ayədən məqsəd Qaimin (ə.f.) qiyamıdır.
(Təvile ayate zahirə səh.596, Şeyx Tusi Qeyb dövrü səh.176-177, İsbatul-Huda c.5 səh.120, Biharul-Ənvar c.51, səh.53-54)
Rəhman 41
يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ
Günahkarlar üzlərindən tanınarlar
Əbu Bəsir belə rəvayət edir: Əbu Əbdullah İmam Sadiq (ə) Allah-taalanın “Günahkarlar üzlərindən tanınarlar” ayəsi haqqında belə buyurdu: Allah onları tanıyır, lakin bu ayə Qaim (ə.f.) barəsində nazil olmuşdur. O, onları üzlərindən tanıyacaq və əshabı ilə birgə onları qılıncla öldürəcək.
(Şeyx Numani, Qeyb dövrü səh.242, Burhan təfsiri, c.5, səh.240, Biharul-Ənvar, c.51, səh.59, İsbatul-Huda c.5, səh.164)
Hədid 17
اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ
Bilin ki, Allah yeri (torpağı) onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.
İmam Sadiq (ə) (həmçinin İmam Baqir (ə)) buyurub: أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ Allah O Həzrətin zühur zamanında yer üzünü Həzrəti Məhdinin (ə.f.) ədaləti vasitəsilə dirildəcəkdir, necə ki zalım rəhbərlərin zülmü il ölmüşdür.
(Şeyx Numani Qeyb dövrü, səh.25, Kəmaluddin c.2, səh.668, Biharul-Ənvar c.51, səh.54)
Saff 8-9
يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
Onlar ağızları (sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
İmam Museyi Kazim (ələyhis-səlam) buyurub: Bu ayədə “Allah Öz nurunu tamamlayacaq”-Qaimin vilayəti ilə, “kafirlərin xoşuna gəlməsə də”- Əlinin vilayəti (Əmirəlmömin Əlinin (ələyhis-səlam) vilayəti kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu Qaimin vilayəti ilə tamamlayacaqdır).
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.
İmam Museyi Kazim (ələyhis-səlam) buyurub: Bu ayədə “(Allahın) dinini bütün dinlərdən üstün etmək üçün” -yəni Qaimin qiyamı vaxtında (Qaimin qiyamı ilə Allah İslam dinini bütün dinlərdən üstün edəcəkdir).
(İsbatul-Huda c.5, səh.206, Biharul-Ənvar c.23, səh.318, Usuli-Kafi (İslamiyə) c.1, səh.432, Burhan təfsiri c.5. səh.95)
Saff 13
وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ
Sevdiyiniz başqa bir şey də-Allah tərəfindən kömək və yaxın qələbədir. Möminləri müjdələ!
İmam Baqir (ələyhis-səlam) buyurub: Bu ayədən məna yəni-dünyada Qaimin fəthi və həmçinin Məkkənin fəthi deməkdir.
(Qummi təfsiri c.2, səh.366, Burhan təfsiri, c.5, səh.368, Biharul-Ənvar c.51, səh.49)
Mülk 30
قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَنْ يَأْتِيكُمْ بِمَاءٍ مَعِينٍ
De: “Deyin görüm, əgər suyunuz çəkilsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”
Əbu Bəsir İmam Baqirdən (ə) belə nəql edib ki, O Həzrət "De: Deyin görüm, əgər suyunuz (yerin dibinə ) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?" ayəsinin təfsiri barədə belə buyurdu: Bu ayə İmam (Qaim) barədə nazil olmuşdur. Buyurdu: İmamınız sizdən qeybdə olarsa və onun harada olduğunu bilməsəniz, kim sizə səmadan və yerdən , Allah-taalanın halal və haramından xəbər verən aşkar İmam gətirə bilər?! Sonra dedi: "Allaha and olsun bu ayənin təvili (həqiqi yozumu) hələ gəlməyib. Ancaq onun təvilinin gəlməsi qaçılmazdır."
(Şeyx Tusi Qeyb dövrü, səh.158)
Muhəmməd ibn Əmmar atası Əmmardan belə rəvayət edib: Allahın Rəsulu (s) buyurdu: Allah-taala onun (İmam Əlinin (ə)-hədisin əvvəli var) sülbündən raşidin imamlar çıxaracaq ki, bu ümmətin Məhdisi onlardandır”. Ona dedim: “Atam-anam sənə fəda, bu Məhdi kimdir?” Buyurdu: “Ey Əmmar, Allah-taala mənə belə əhd etmişdir ki, Hüseynin sülbündən doqquz nəfər çıxaracaq və doqquzuncu övladı onlardan (camaatdan) qeybə çəkiləcəkdir. Bu isə Allah-taalanın kəlamıdır ki, buyurub: “Deyin görüm, əgər suyunuz çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər? Onun uzun bir qeyb dövrü olacaq ki, bir dəstə ondan geri dönəcək (üz döndərəcək), başqa bir dəstə isə sabitqədəm qalacaqdır. Axirəzzəman olduqda çıxıb (zühur edərək) yer üzünü haqq-ədalətlə dolduracaq, mən tənzil əsasında vuruşduğum kimi o da təvil əsasında döyüşəcək. O mənim adaşım və camaat içərisində mənə daha çox bənzəyəndir.
(Kifayətül-Əsər səh.120-121)
Məaric 26
وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ
O kəslər ki, din gününü təsdiq edərlər
İmam Baqir (ə) buyurub: Qaimin xürucu barəsindədir.
(İsbatul-Huda c.5, səh.64, Biharul-Ənavr c.51, səh.62, Üsuli-Kafi (əl-İslamiyyə) c.8, səh.287, Burhan təfsiri c.5, səh.491)
Cin 24
حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا
Onlar özlərinə vəd olunmuş (əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
İmam Kazim (ə) bu ayə barəsində buyurur: "vəd olunmuş”dan məqsəd Həzrəti Qaim (ə.f.) və Onun köməkçiləridir.
(Usuli Kafi (əl-İslamiyə) c.1, səh. 434, Təvile ayati zahirə səh.706, Burhan təfsiri. c.5, səh.508, Biharul-Ənvar c.51, səh.49)
Təkvir 15-16
فَلَا أُقْسِمُ بِالْخُنَّسِ الْجَوَارِ الْكُنَّسِ
And içirəm yanıb sönən ulduzlara;
Seyrə çıxıb gizlənən (səyyarələrə)
Ummi Hani bu ayə barəsində İmam Baqirdən (ə) soruşarkən, İmam Baqir (ə) buyurdu: “Bəh! bəh! nə yaxşı bu məsələni soruşdun. Bu axirəzzaman üçün (zühur edəcək) qiymətli bir mövluddur. O (Həzrəti Məhdi (ə.f.)) pak itrətdəndir. Məhdi (ə.f.) vəhy və risalət ailəsindəndir... Xoş olsun Onu və Onun zamanını dərk edənə...”
(Şeyx Numani Qeyb dövrü, səh.149-150, Kəmaluddin, c.1, səh.330, Biharul ənvar, c.51, səh.137, Şeyx Tusi Qeyb dövrü səh.159)
Ləyl 1-2
وَاللَّيْلِ إِذَا يَغْشَىٰ
وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ
And olsun bürüməkdə olan gecəyə!
And olsun aydınlaşan gündüzə!
İmam Sadiq (ələyhis-səlam) buyurub: “aydınlaşan gündüz”-yəni Qaim (Qaimin qiyamı)
(İsbatul-Huda c.5, səh.193)
İmam Sadiq (ələyhis-səlam) buyurub: “bürüməkdə olan gecə” Qaimin qiyamına qədər olan İblisin dövləti, “aydınlaşan gündüz” Qaimin qiyamıdır.
(Kənzul Dəqaiq c.14, səh.311, Burhan təfsiri c.5, səh.679, Biharul-Ənvar c.24, səh.398)
Qədr 5
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ
O gecə dan yeri ağarana (sübh açılana) qədər salamatlıqdır (əmin-amanlıqdır).
İmam Sadiq (ələyhis-səlam) buyurub: “o gecə dan yeri ağarana qədər” yəni Qaimin qiyamı
(Burhan təfsiri c.5, səh.714, Biharul-Ənvar c.25, səh.97)
Həmçinin başqa mənbə ilə İmam Sadiq (ələyhis-salam) buyurub: Bu ayədə o gecə dan yeri ağarana qədər” yəni Qaimin xürucu
(Furat əl-Kufi təfsiri səh.581, Biharul-Ənvar c.43, səh.65)
Əsr 1-2
وَالْعَصْرِ إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ
And olsun əsrə (axşam çağına!)
Həqiqətən, insan ziyan içərisindədir.
İmam Sadiq (ə) bu ayə barəsində buyurur: "Əsr”dən məqsəd Qaimin (ə.f.) çıxmasıdır. "Həqiqətən, insan ziyan içərisindədir”dən məqsəd isə düşmənlərimiz ziyan içərisindədirlər.
(Kəmaluddin, c.2, səh.656, İsbatul-Huda, c.5, səh.109, Biharul-Ənvar, c.24, səh.214)