Allah Özünü bizə tanıtmışdır

#tovhid

Əllahummə ərrifni nəfsək, fəinnəkə inləm tuərrifni nəfsək, ləm ə'rif rasulək, Əllahummə ərrifni rasulək, fəinnəkə inləm tuərrifni rasulək, ləm ə'rif Hoccətək, Əllahummə ərrifni Hoccətək, fəinnəkə inləm tuərrifni Hoccətək, zaləltu ən dini. (Mərifət duası, Seyyid ibn Tavus-Cəmalul Usbu)

İlahi, Özünü mənə tanıtdır, əgər Özünü mənə tanıtdırmasan, Peyğəmbərini tanıya bilmərəm. İlahi, Peyğəmbərini mənə tanıtdır, əgər Peyğəmbərini mənə tanıtdırmasan, Höccətini tanıya bilmərəm. İlahi, Höccətini mənə tanıtdır, əgər Höccətini tanıya bilməsəm, dinimdə zəlalətə düşərəm. 

Allah (c) özünü bizə tanıtmışdır. Allahı (c) tanımaq fitridir. İnsan Allahı (c) tanımaq əsasında yaranmışdır. Deməli insan varsa o artıq Allahı (c) tanıyandır. İnsanın dəyəri və mehvəri Allahı (c) tanımaqlalıdır. Allah (c) bizi fitrət-yəni Onu tanımaqlığın əsasında yaratmışdır. 

Sən hənif olaraq üzünü bu dinə (İslam dininə) sarı döndər. Allah insanları fitrət (Allahı tanımaq və fitri olaraq İslam dini) əsasında yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik olmaz. Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir. (Rum 30)

Biz Allahı əvvəldən-dünyaya gəlməmişdən qabaq- tanımağımıza baxmayaraq sonradan unutmuşuq. Nəticədə, Allahı (c) tanımaqda qafil olmuşuq. Nemətlərin içərisində yaşayır amma onların qədrini bilmirik. Bəs necə olur ki, insan Allahdan (c) uzaq düşür?

Xeyr! Əksinə, qazandıqları günahlar onların qəlblərini örtmüşdür (paslandırmışdır). (Mütəffifin 14)

Günahlar səbəb olur ki, qəlblərimiz paslansın və  Allahı (c) unudaq. Peyğəmbərlərin vəzifəsi Allahı (c) bizə yenidən xatırlatmaqdan ibarətdir.

Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).” (Nisa 155)

Pis tərbiyə və pis dostlar da insanın qəlbinin paslanmasına gətirib çıxara bilir.

“Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!” (Furqan 28)

Həzrəti Peyğəmbərimiz (s.ə.a) buyurmuşdur: “Hər kəs Allahın fitrəti ilə doğulur, valideynləri səbəb olur ki, onlar yəhudi ya da xristian olsunlar” (İləluş-şəraye, Şeyx Səduq, cild 2, səh.376)

O an ki, günah edirik gərək tövbə edək. Tövbə etdiyimiz zaman Allah (c) içimizdəki nuru yenidən işıqlandırır. Allahın (c) mərifəti nurdur və o bizim fitrətimizdədir. Allahın (c) rəhməti genişdir və bu rəhmət bütün məxluqatı əhatə edir. Allahı (c) tanımaq elə Allahın (c) insana lütfüdür. Bu zamanda Allahın (c) bizə lütfü Həzrəti Məhdidir (ə.f.). Onun (ə.f.) vücudunun varlığı, yaşayışımızı və dünyanın varlığını təmin edir. Bu varolmaq səbəb olur ki, bununla yanaşı Allah (c) Özünü  bizə tanıtdırsın. O Həzrəti (ə) tanımaq bizim ağıl xəzinələrimizi aşkara çıxarır və unutduğumuz fitrəti özümüzə qaytarır. Əks halda oyana-buyana var-gəl edib zəlalətdə qalarıq. Necə ki, əvvəldə oxuduğumuz "Mərifət" duasında deyirik; Höccətini mənə tanıtdır, əgər Höccətini tanıya bilməsəm dinimdə zəlalətə düşərəm.

Paylaş


Populyar

#i̇mamət
4-cü İmam Həzrəti Əli ibn Hüseyn